Dermatologiya sözü yunanca “dermatos” və “logos” sözlərindən əmələ gələn dəri haqqında bir elmdir. Bu elmdən törəyən dermatologiya dəri və dəri xəstəlikləri ilə məşğul olan tibb sahəsidir. Dermatoloq isə dəri sağlamlığı və xəstəlikləri üzrə ixtisas təhsili və diplomu almış həkimlərə verilən addır.

 

Dəri bütün bədəni əhatə edən, saç və dırnaq kimi əlavələri olan, xarici dünya ilə bütün bədənimiz arasında həm maneə funksiyasını, həm də əlaqəni təmin edən canlı bir orqandır. Bununla yanaşı, dəri həm də vücudumuzda ən böyük orqan sayılır. Dəri bədəni soyuq və isti kimi iqlim təsirlərindən qorumaqla yanaşı, bədənin istilik balansını təmin edir. Həmçinin zərərli mikrobların, bakteriya, virus və ya göbələk kimi fiziki və ya kimyəvi maddələrin bədənə daxil olmasının qarşısını alır. Dəri Günəş işığının köməyi ilə D vitamini sintez edir. Həmçinin immunitet sisteminin balanslı və effektiv fəaliyyətində dəri də mühüm rol oynayır.

 

Dəri sağlamlığını necə qorumalıyıq?

 

Dəri canlı orqan hesab olunduğu üçün sağlam dərinin sağlam həyat tərzinə ehtiyacı vardır. Üzvi qidalanma, mütəmadi idman, siqaret çəkməmək, yaxşı yuxu sistemi bunlara misal ola bilər. Təbii ki, bunlardan əlavə faktorlar da mövcuddur. Dərinin və saçın təmizliyində istifadə olunan sabun və şampunlar, makyaj materialları, kremlər, ətirlər, bir sözlə dərimizlə təmasda olan hər şey dəri sağlamlığı üçün çox önəmlidir. Əsasən düzgün istifadə edilməyən üz-baxım məhsulları, makyaj, gigiyenik olmayan təmizlik rutinləri, daxili orqanlar və s. kimi faktorlara görə dəri xəstəlikləri yarana bilir.

 

Ümumi dəri xəstəliklərinə eqzema, göbələk infeksiyaları, sızanaqlar, ziyillər, qaşınma və saç tökülməsi, yəni alopesiya daxildir. Zöhrəvi xəstəliklər mütəxəssisi- dermatoloqlar təkcə dəri, saç və dırnaq xəstəlikləri ilə deyil, cinsi yolla keçən xəstəliklərlə də məşğul olurlar. Cinsi yolla keçən xəstəliklərə misal çəksək, genital ziyillər, süzənək, sifilis, genital herpes və s aiddir.

 

Bu və ya digər dəri xəstəliklərinin dəqiq diaqnoz və müalicəsi üçün Ellab Diaqnostik Mərkəzinə müraciət edə və dərinizin sağlamlığının qeydinə qala bilərsiniz. Daha çox faydalı bloq yazılarımıza nəzər yetirmək üçün bizi izləmədə qalın.

Serologiya Nədir?

Qanazlığıı olan xəstələr necə qidalanmalıdır?

Kosmetologiya nədir

İmmunologiya nədir?

Dermatologiya nədir?

SİFLİS VƏ TƏYİNİ TESTLƏRİ

Hamiləlikdə D vitamini

Endokrinologiya nədir?

Hirsutizm və Hipertrikoz nədir

Hemotologiya nədir?

Mikrobiologiya nədir?

ÇÖLYAK XƏSTƏLİYİ VƏ LABORATOR TESTLƏR

ÜZDƏKİ SIZANAQLARA VƏ YARALARA LABORATOR BAXIŞ

NEONATAL TARAMA

Körpələrdən topuq qanı niyə alınır?