Haqqımızda
Sağlam yaşamaq hamımızın haqqıdır. Elə məhz buna görə də sağlam yaşam üçün əlimizdən gələni etməli, ən azı ildə bir dəfə ümumi müayinədən keçməliyik. Belə ki, Avropa standartlarına uyğun pasiyentlərimiz üçün peşəkar xidmətlərin təqdim olunduğu Ellab Diaqnostika mərkəzi hər zaman yüksək səviyyəli xidmət göstərməyə hazırdır. Ellab Diaqnostika mərkəzində peşəkar mütəxəssislər tərəfindən bütün növ xəstəliklərin müalicə və müayinəsi aparılır. Qeyd edək ki, 30 000-dən çox test parametri və gündəlik olaraq edilən 800 test parametri ilə laboratoriyamız ölkəmizin ən geniş parametrli laboratoriyasıdır. Belə ki, İSO 15189 akkreditasiya və UK NEGAS, BİO-RAD, RANDOX eksternal nəzarət ilə işimizi aşağıdakı fəaliyyət sahələri ilə davam etdiririk:
- Əsas laboratoriya (biokimyəvi testlər, hormon, hematologiya və koaqulasiya testləri)
- Mikrobiologiya
- Molekulyar Mikrobiologiya (PCR)
- Molekulyar Biologiya
- İmmünologiya və serologiya
- Spesifik Biokimya -metabolizma testleri, zülal biokimyası
Ən son texnologiya və peşəkar heyyətimiz ilə həftənin hər günü sizin xidmətinizdəyik. Unutmayaq ki, hər bir insan Güvənli tibbi xidmətə layiqdir