Neonatal Tarama testi nədir?
Neonatal tarama testi xüsusilə yeni doğulan körpələrdən alınan topuq testi kimi bilinməkdədir. Yeni doğulanlarda yarana biləcək hər hansı genetik, metobolik və hormonal xəstəliklərin öncədən aşkar edilməsi üçün tətbiq olunan testdir. Məlum olduğu kimi hər hansısa bir xəstəliyin ön görülməsi həmin xəstəliyin müalicəsində də vacib önəm daşımaqdadır.
Topuq testi necə alınmalı və işlənilməlidir?
Topuq testi doğumdan sonra ilk 3 və 5-ci günlər arasında alınmalıdır. Xüsusi hazırlanmış kağızlara yeni doğulmuş körpənin dabanından bir neçə damcı qan damladılaraq qurudulur. Nəticələr əsasən 1 həftə ərzində işlənilir və pozitiv və ya neqativ olaraq dəyərlər əldə edilir. Əgər laboratoriya şəraitində testin cavabları pozitiv çıxarsa, körpənin 12-ci gününü keçməmək şərti ilə təkrar olaraq topuq testi alınır. Təkrarlanmış test də pozitiv çıxarsa, birbaşa körpənin həkiminə məlumat verilir.
Topuq testi vasitəsi ilə aşkarlana biləcək xəstəliklər:
Anadangəlmə hipertioz;
Mukovissidoz ;
Kistik fibrosis;
Biyotinidaz əskikliyi;
Adrenogenital sindrom;
Fenilketonuriya və 50-yə yaxın irsi xəstəliklər aşkarlana bilər;
Yenidoğulanlarda eşitmə qabilliyyəti ilkin dönəmlərdə aşkarlanıb müalicə edilmədikdə gələcəkdə nitq və danışıq qabiliyyəti zərər görür. Bunun üçün hər bir valideyn körpənin gələcək həyatı üçün vacib əhəmiyyət daşıyan Neonatal Tarama proqramlarına qoşulması olduqca vacibdir.
Eyni zamanda, çox sevindirici haldır ki, günümüzdə tibb çox sürətlə inkişaf edir və körpələrin gələcəkdə qarşılaşa biləcəyi problemləri öncədən görür, keçmişdə müalicə edilə bilməyən bir çox xəstəliklər birdəfəlik müalicə edilir.
“Ellab Diagnostic”də sizlərə xidmət etməkdən məmnun olarıq!
Həkim-laborant Dr. İspəndiyar Rüstəmzadə