Çölyak xəstəliyi və laborator testlər

 

Çölyak xəstəliyi nazik bağırsağın iltihabı ilə gedən autoimmun bir xəstəlikdir. Xəstəliyə səbəb olan əsas faktor qlütendir. Bildiyimiz kimi, qlüten bir çox qidaların əsasən də buğda, arpa, çovdar kimi dənli bitkilərin tərkibində olur. Belə xəstələrdə qlüten qəbulu zamanı nazik bağırsağın selikli qişalarının zədələnməsi, malabsorbsiya və bir sıra iltihabi proseslər baş verir. Xəstəliyin simptomları adətən mədə-bağırsaq traktında pozulmalar-qusma, ishal, qarın ağrısı, zəiflik, halsızlıq və bir sıra əlamətlərlə özünü göstərir.

 

Çölyak xəstəliyinin təyinində seroloji testlər çox önəmlidir. Yüksək spesifikliyə malik antikor testləri həm xəstəliyin diaqnozunda həmdə müalicənin izlənməsində yararlıdır.

 

Mövcud olan seroloji laborator testlər aşağıdakılardır:

 

  • Total- IgA
  • Anti-toxuma transglutaminaz IgG/IgA
  • Anti-Endomizyum IgG/IgA
  • Anti-Deamin gliadin peptid IgG/IgA

 

Çölyak xəstəliyi adətən irsi yolla ötürülür. Araşdırmalara əsasən HLA tipləri olan DQ2, DQ7 və ya DQ8  genlərindən birinesahib olan insanlarda bu xəstəlik görünür. Bu genlərin təyini də Çölyak xəstəliyinin diaqnozu üçün informativdir.

 

Yuxarıda göstərilən testlərin yüksək titrdə olması Çölyak xəstləyinin varlığını göstərər. Bəzən isə yalançı neqativ hallar görülə bilər. Belə ki, Çölyak xəstələrinin 6 %-ə qədərində total İgA dəyəri aşağıdır. Total İgA dəyəri aşağı olduqda digər İgA antikor testləri yalançı neqativ göstərə bilər. Belə olan hallarda toxuma transglutaminaz IgG, Endomizyum IgG və Deamingliadin peptid IgG baxılması tövsiyyə olunur.

 

Statistikaya əsasən ölkə əhalisinin təqribən 1 %-ə qədərində Çölyak xəstəliyinə rast gəlinir. Xəstəliyin tam dəqiq müalicəsi tapılmamışdır. Əgər çölyak xəstəliyiniz varsa həkiminiz sizə dərhal qlüteni qida rasionundan çıxarmağı və pəhrizə başlamağınızı tövsiyə edəcəkdir. Çölyak xəstəliyinin yeganə effektiv müalicəsi ümumiyyətlə tərkibində qlüten olan qidalardan həmişəlik imtina etmək sayılır.

 

Həkim-laborant Dr. Təhminə Məmmədova

Endokrinologiya nədir?

Qanazlığıı olan xəstələr necə qidalanmalıdır?

İmmunologiya nədir?

Hirsutizm və Hipertrikoz nədir

ÇÖLYAK XƏSTƏLİYİ VƏ LABORATOR TESTLƏR

Körpələrdən topuq qanı niyə alınır?

NEONATAL TARAMA

ÜZDƏKİ SIZANAQLARA VƏ YARALARA LABORATOR BAXIŞ

Hemotologiya nədir?

Kosmetologiya nədir

Dermatologiya nədir?

Serologiya Nədir?

Hamiləlikdə D vitamini

SİFLİS VƏ TƏYİNİ TESTLƏRİ

Mikrobiologiya nədir?