Üzdəki sızanaqlara və yaralara laborator baxış

 

Sızanaqlar adətən piy vəzilərinin iltihablaşması nəticəsində baş verən dəri xəstəliyidir. Sızanaqların əmələ gəlməsinin başlıca səbəbi hormonal balansın yaşla əlaqədar olaraq pozulmasıdır. Əsasən üzdə, sinədə və kürəkdə rast gəlinir.

 

Sızanaq və aknelərin nümunələrindən laborator analizlərlə absesə səbəb olan mikroorqanizmləri  təyin etmək mümkündür. Sızanaqdan alınan nümunədən laboratoriyada həm mikroskopik, həm də bakterioloji dəyərləndirmə edilə bilər. Sızanağın bakterial növü doğru təyin edildikdən sonra isə uyğun olan antibioyik təyini müəyyən edilir.

Erkən dönəmdə dəridə yaranan sızanaq və aknelərə düzgün müdaxilə nəticəsində tamamən bu xəstəlikdən sağalmaq mümkündür.

 

Əvvəlcə sızanaqdan steril şəraitdə nümunə alınır, daha sonra isə mikroskopik incələmədən sonra bakterioloji əkilmə edilir, 24 saat sonra isə bakterioloji dəyərləndirməyə baxılaraq sızanaqda olan bakteriyanın tipi müəyyən edilir. Bakteriyanın tipinə uyğun olaraq antibiotik həssaslığı edilir. 

Növbəti dəyərləndirmə isə 18 saatdan sonra antibiotik həssaslığı nəticəsini verir. Daha yaxşı olar ki, dəridə yaranmış sızanaq və aknelərin gecikdirilmədən laborator şəraitdə təyini aparılsın. Belə ki, aparılan araşdırmalar nəticəsində sübut olunmuşdur ki, yalnız laborator şəraitdə sızanaqların bakterioloji tipi düzgün təyin edildikdən sonra müalicəsi də müsbət nəticə verir.

 

Həkim-mikrobioloq Dr. Xalidə Əliyeva

Hemotologiya nədir?

Mikrobiologiya nədir?

SİFLİS VƏ TƏYİNİ TESTLƏRİ

İmmunologiya nədir?

Qanazlığıı olan xəstələr necə qidalanmalıdır?

Körpələrdən topuq qanı niyə alınır?

ÇÖLYAK XƏSTƏLİYİ VƏ LABORATOR TESTLƏR

Kosmetologiya nədir

Dermatologiya nədir?

Serologiya Nədir?

ÜZDƏKİ SIZANAQLARA VƏ YARALARA LABORATOR BAXIŞ

Hirsutizm və Hipertrikoz nədir

Endokrinologiya nədir?

NEONATAL TARAMA

Hamiləlikdə D vitamini