Daban qanı - yeni doğulan körpələrin dabanından alınan bir neçə damcı qanla anadangəlmə xəstəliklərin araşdırıldığı bir testdir. Tarama testinin əsas məqsədi xəstəliklər baş verməzdən əvvəl erkən diaqnoz qoymaq və qalıcı ziyandan qurtulmanı təmin etməkdir. Tarama olunmuş xəstəliklər cəmiyyətdə çox rast gəlinən, lakin müayinə ilə aşkarlana bilməyən, erkən diaqnoz və müalicə ilə ölümün və ya əlilliyin qarşısı alına bilən xəstəliklərdir.

 

Daban qanı niyə alınır?

 

Ölkəmizdə qohum nikahları yüksək olduğu üçün irsi xəstəliklərin səviyyəsi də yüksəkdir. Bu çərçivədə yeni doğulmuş körpələr daban qanı tarama testi ilə bir çox xəstəliklər üçün yoxlanılmaqdadır. Daban qanı doğuşdan sonra xəstəxanadan çıxanda və yeni doğulmuş körpələrin ilk müayinəsinin 3-5-ci günləri arasında alınır.

Bütün doğum xəstəxanalarında daban qanı tarama testi tətbiq edilir. Qan analizi yeni doğulmuş körpələrdə tarama proqramı çərçivəsində aparılır və bütün şübhəli və ya anormal nəticələr ailələrə bildirilir. Şübhəli nəticələr olduqda, test təkrarlanır. Xəstəlikdən şübhələnənlər qabaqcıl mərkəzlərə göndərilir.

 

Ellab Diaqnostik Mərkəzində Tarama testi

 

Qeyd etdiyimiz kimi tarama testi bir sıra xəstəliklərin qarşısını almaq məqsədli həyata keçirilir. Mərkəzimizdə peşəkar həkimlərimiz və qabaqcıl avadanlıqlarımız sayəsində bu testi körpənin ana bətnində olduğu ilk 2-3 həftədən belə icra etmək mümkündür. Siz də doğulacaq olan övladınızın sağlamlığını düşünürsünüzsə, mütləq şəkildə bu testdən istifadə edə və fərqimizi görə bilərsiniz.

Ellab Diaqnostik Mərkəzi peşəkarlıqla xidmətinizdədir!

Serologiya Nədir?

Endokrinologiya nədir?

Dermatologiya nədir?

ÜZDƏKİ SIZANAQLARA VƏ YARALARA LABORATOR BAXIŞ

Hamiləlikdə D vitamini

Hirsutizm və Hipertrikoz nədir

İmmunologiya nədir?

Kosmetologiya nədir

Mikrobiologiya nədir?

Körpələrdən topuq qanı niyə alınır?

Hemotologiya nədir?

SİFLİS VƏ TƏYİNİ TESTLƏRİ

Qanazlığıı olan xəstələr necə qidalanmalıdır?

NEONATAL TARAMA

ÇÖLYAK XƏSTƏLİYİ VƏ LABORATOR TESTLƏR