16/Aug/2022

Siflis və təyini testləri

 

Sifilis Treponema pallidum kimi tanınan bakteriyaların yaratdığı və cinsi yolla ötürülən bir infeksiyadır. Sifilisin ilk əlaməti kiçik, ağrısız yaradır. Bu şankr adlanan yaralar cinsi orqanlarda, rektumda və ya ağız içində görünə bilər. Sifilisə diaqnoz qoymaq bəzən çətin ola bilir. İllərdir xəstə olan şəxsdə simptomlar görünməyə də bilər. Ancaq erkən sifilis daha tez təyin olunur. Uzun müddət müalicə olunmayan sifilis ürək və beyin kimi əhəmiyyətli orqanlara ciddi zərər verə bilər.

Labarotoriya şəraitində sifilisin təyinində seroloji testlərdən istifadə olunur. Bunlar Treponemal və Nontreponemal olmaqla 2 yerə ayrılır.

 

Nontreponemal testlər

 

  • VDRL (Venereal Disease Research Laboratory)
  • RPR (Rapid Plasma Reagin)
  • TRUST (Toluidine Red Unheated Serum)
  • USR (Unheated Serum Reagin)
  • ART (Automated Reagin Test)
  • RST (Reagin Screen Test)
  •  

Yoluxmadan 4-8 həftə sonra bu testler pozitivləşir. Xəstəliyin kəskin mərhələsində və klinik tərəfdən izlənməsində istənilən testlərdir. Sürətli və spesifikliyi yüksək olan testlərdir. Testin pozitiv olması hal-hazırdakı xəstəliyi göstərər. Yalançı pozitiv nəticələr ola bilər və belə hallarda mütləq treponemal bir testlə doğrulanmalıdır.

 

Treponemal testlər

 

  • MHA-TP, TPHA, TPPA (Hemaglütinasyon testleri)
  • FTA-ABS (İndirekt immunofloresan testi)
  • EIA (Trep-Chek, Trep-Sure)
  • Chemiluminesens-IA (CIA) (LIAISON, Architect)
  • Ig G immunoblot test
  •  

Spesifik treponemal antigenler istifadə olunur. Bu testler nontreponmeal testler ilə alınan nəticələrin doğruluğunu təyin etmək üçün istənilir. Şankr yaranandan 1-2 həftə sona pozitivləşir. Xəstəliyin dinamikasının və müalicənin izlənməsi üçün istifadə olunmur. Günümüzdə ən sıx istənilən tropenemal testlər mikrotreponema pallidum hemaglutinasyon assay (TPHA), Fluoresan Treponemal Antikor Absorbsiyon (FTA-ABS) testləridir.

 

Həkim-laborant Dr. Elvin Əlləzov

Hirsutizm və Hipertrikoz nədir

03/Mar/2023

SİFLİS VƏ TƏYİNİ TESTLƏRİ

16/Aug/2022

Hemotologiya nədir?

07/Feb/2023

Körpələrdən topuq qanı niyə alınır?

24/Feb/2023

Hamiləlikdə D vitamini

24/Feb/2023

Serologiya Nədir?

27/Jan/2023

Mikrobiologiya nədir?

16/Dec/2022

ÜZDƏKİ SIZANAQLARA VƏ YARALARA LABORATOR BAXIŞ

12/Aug/2022

ÇÖLYAK XƏSTƏLİYİ VƏ LABORATOR TESTLƏR

16/Aug/2022

NEONATAL TARAMA

12/Aug/2022

Kosmetologiya nədir

25/Jan/2023

İmmunologiya nədir?

27/Dec/2022

Dermatologiya nədir?

06/Dec/2022

Endokrinologiya nədir?

11/Jan/2023